BolgeXeber.Com » Dünya » İsveç Quranın yandırılmasına icazə verdi

İsveç Quranın yandırılmasına icazə verdi

20-07-2023, 14:23
Oxunub: 2 328
Ölkədə Quran və İraq bayrağının yandırılmasının planlaşdırıldığı etiraz aksiyasına icazə verilib.

Bolgə.TV xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Stokholmdaki İraq səfirliyi yaxınlığında keçiriləcək etiraz aksiyası bu günə nəzərdə tutulub.

Xatırladaq ki, təşkilatçılar ötən ay Stokholmda məscidin yaxınlığında Quran yandırmışdılar.