Erməni hərbçi döyüş postunda əsgər yoldaşını güllələdi
29-07-2023, 14:00
Oxunub: 2 384
26 iyulda başından güllə yarası alaraq ölən Ermənistan ordusunun N saylı hərbi hissəsinin əsgəri Murad Qriqoryanın ölümü ilə bağlı təfərrüat üzə çıxıb.
Bolgə.TV erməni mediasına istinadla xəbər verir ki, Ermənistan İstintaq İdarəsi döyüş mövqeyində olan M.Qriqoryan və əsgər yoldaşı A.N. arasında mübahisə baş verdiyini, nəticədə A.N.-in PK pulemyotu ilə Qriqoryanı güllələdiyi müəyyən edilib.
A.N. barəsində bu gün həbs qətimkan tədbiri seçilib.