BolgeXeber.Com » Dünya » Azərbaycanda niyə kitab oxumurlar? ... və ya ədəbi düşüncələr(1-Cİ HİSSƏ)

Azərbaycanda niyə kitab oxumurlar? ... və ya ədəbi düşüncələr(1-Cİ HİSSƏ)

28-10-2013, 16:10
Oxunub: 7 233 Kiminsə yazısında maraqlı bir fikir oxumuşdum ki,bizdə uşaqlara şirniyyat, oyuncaq alırlar,ancaq kitab yox... Avropalılar hələ uşaqlıqdan övladlarını kitaba alışdırırlar. Çünki kitab oxumaq bir mədəniyyətdir. Sevindiricidir ki,son zamanlar tez-tez Azərbaycanda camaatın kitab oxumaması müzakirə olunur.Maraqlı söhbətlər,müzakirələr aparılır.Kimisi bizdə insanların kitab oxumamaqlarının kökündə kitab dükanlarının azlığını , kimisi isə internetin,televiziya kanallarının,əyləncələrin çoxluğunun durmasını iddia edir.Bəziləri bunun səbəbini bu sarıdan təbliğatın az olmasını ,bəziləri isə yazarlarımızın yaxşı kitab yaza builməməsində görür. Həqiqət isə adətən bizdə olduğu kimi, ya bilməyərəkdən, ya da çox güman bilərəkdən nəzərdən qaçır.

Şəxsən mənə elə gəlir ki,bu məsələdə mübahisə etməyə dəyməz ,çünki zaman onsuz da hər şeyi öz süzgəcindən keçirəcək və müasir ədəbiyyatımızı populyar “alaq kitablardan" təmizləyəcək , şou-biznesizmizdə olduğu kimi bu gün sensasiyalı fikirlər söyləməklə,qalmaqallar yaratmaqla gündəmdə qalan bir çox yazarlar 5-10 ildən sonra avtomotik yaddan çıxacaq,necə ki,bir çox şou nümayəndələrinin adı artıq çoxdan yaddan çıxıb.

Bu gün kimə lazımdır,Zəlimxan Yaqubun və ya Rəsul Rzanın sovet ətri gələn,pafoslu əsərləri?!

Yadınızdadırsa sovet dövrü bizdə adamlar,ələlxüsus gənclər,tələbələr,məktəblilər ad günündə biri-birlərinə hədiyyə kimi kitab bağışlayırdılar,kitabın üz qabığının içində və ya sonunda isə “filankəsdən,filankəsə hədiyyə”kimi mənalı ürək sözlərini yazırdılar və qarşı tərəf də bunu qiymətli hədiyyə kimi qəbul edirdi. Bu sovet təbliğatının uğurlu nəticəsi idi.İndi kimsə-kimsəyə əlamətdar gündə kitab bağışlamasını adam heç təsəvvürünə belə gətirmir?! Çox güman ki,hədiyyəni qəbul edən bunu özünə təhqir kimi qəbul edər,özünün ələ salınması kimi başa düşər,ən azından kitab verəni düşük adlandırar.

Nəyə görə Məmməd Səid Ordubadi ,Çəmənzəmənli bundan sonra da oxunacaq,ancaq bir zamanlar böyük oxucu marağına səbəb olan kitab müəlliflərini, bir zamanlar çox populyar olan “İtkin gəlin” roman trilogiyasınını yazan Əlibala Hacızadəni,Xalidə Hasilovanı artıq heç kim oxumur? Ona görə ki,müasir oxucu çox tələbkardır,o artıq həqiqəti oxumaq istəyir. O artıq kitabda konkretlik axtarır.Artıq oxucunu ucuz ,yalançı obrazlarla aldatmaq mümkün deyil.Məhz əsərləri həmişə aktual olduğundan insanlar Tolstoyu,Axundovu,Dostoyevskini oxuyur.Çünki onlar Daniel Defo,Şekspir ,Servantes kimi oxucunu aldatmayıb.
İsmayıl Şıхlının “Dəli kür”ü o dövrün ədəbiyyat əsərləri arasında əlbəttə yaxşı mənada fəqlənirdi,ancaq bununla belə o da artıq əksəriyyət üçün maraqsızdır.İndi belə şeylərlə heç kimi təəcübləndirmək olmaz.Cəfər Cabbarlı əlbəttə dahi dramaturqdur,ancaq o əsərlərinin məzmunu artıq repertuar üçün yaramır.

Bu gün kimə lazımdır,Zəlimxan Yaqubun və ya Rəsul Rzanın sovet ətri gələn əsərləri?!Hətta onların üz qabığı qızıldan da olsa belə sovet dövrünün bir çox yazıçılarını normal oxucu oxumur,bundan sonra onlar heç oxunmayacaq da.Çünki dediyim kimi oxucuya dağdan ,daşdan -kəsəkdən,çaylardan,göllərdən bəhs edən,reallıqan uzaq obrazların boş-boş dialoqları yox,insanı düşündürən əsər lazımdır. Deyə bilərsiniz ki, bu gün heç klassikləri, Şekspiri də, Nizamini də alıb oxumurlar.

Düzdür.Ancaq bu gün Dostoyevskini,Tolstoyu,Hüqonu,Remarkı ,deyək ki,Borxesi ona görə oxumurlar ki,ümumiyyətlə oxuyan barmaqla sayılası qədərdir.Yəni səbəbin eyni olması hələ əsərlərin eyni olması demək deyil.Bəziləri səhvən ədəbiyyatı yüngül və ciddi ədəbiyyata bölürlər ki,bu cür bölgü düzgün deyil.Çünki baxın, Daniel Defonun “Robinzon Kruzo” əsəri, Astrid Lindqrenin “Balaca və damda yaşayan Karlson”u ,Mark Tvenin Tom Soyerin macəraları”nı,ya Edqar Allan Polun “Morq küçəsində qətl”ini,Sədi Şirazinin “Gülüstan”nını, Artur Konan Doylun Şerlok Holms haqda kitablarını əsrlər keçsə də insanlar böyüklü-kiçikli dönə-dönə oxuyurlar.

Baxmayaraq ki,onlar əslində ciddi ədəbiyyat janrında yox,məcara,dedektiv janrında yazılıb. İllər keçsə də onlara təlabat azalmır,ancaq deyək ki, yazıçı Anarı 40-50 ildən sonra artıq çoxları tanımayacaq. Ümumiyyətlə Azərbaycanda sövet dövrünün yazarlarının əksər kitablarının ancaq makulatura kimi dəyəri var.Onların əksəriyyətinin kitablarını uf demədən peraşki ,qutab satana rahatca satmaq olar,necə ki satılır.Sovet dövrü bir çox yazıçılar ona görə oxunurdu ki,yüzminlərlə tirajla çıxırdı ki,başqa seçim yox idi.Ədəbiyyat monopoliyaya alınmışdır.Oxucu yalnız sovet ideologiyasına zidd olmayan qərb ədəbiyyatını oxuya bilirdi.Samizdat isə kütləvi xarakter daşımırdı.Kütlə “zərərli”,ancaq həqiqəti əks etdirən kitabları əldə edib oxumaq imkanından məhrum idi.

“Xodda maşını Nabrana sür”

Bununla belə Bakıda 60-70-ci illərdə əməlli-başlı kitab bumu yaşanırdı. Yeri gəlmişkən SSRİ-nin çox gözəl xüsusiyyətlərindən biri də əhaliyə mənəvi qida olan kitaba marağı dövlət səviyyəsində dəstəkləməsi,buna çox diqqət ayırması idi.İndi Azərbaycanda bir çox müəlliflər öz cibinin və ya sponsorun hesabına nəşr etdirdikləri kitabları tanış-tunuşa pulsuz verirlər ,üstəlik yalvarırlar ki, oxusunlar.Azərbaycanda azsaylı kitab dükanlarında heç bədii kitab üçün növbə görmüsünüz?!Təbii cavab məlumdur.Heç yaxın zamanlarda görməyəcəksiniz də...

Bütün ölkə üzrə cəmi 10 kitab mağazası var...

Ancaq Avropada,ABŞ-da,hətta Rusiyada hansısa məşhur müəllifin növbəti bestellerinini əldə etmək üçün bəzən insanların kitab dükanının qabağında səhər tezdən növbə tutduğunu müşahidə etmək mümkündür. Sorğuya görə 9 milyonluq Azərbaycanda 3 faiz insan kitab oxuyur.Yeri gəlmişkən düşmən ölkə Ermənistanda 39 faiz, Əhalisi 3 milyon olan Gürcüstanda isə hətta 48 faiz adam kitab oxuyur. Təkcə Tbilisidə 78 kitab dükanı var. Bizdə isə rəsmi olaraq bütün ölkə üzrə cəmi 10 kitab mağazası var.Ancaq sovet dövrü təkcə Bakıda 114 kitab mağazası olub. Rəqəmlər mənə elə gəlir hər şeyi özü-özünə deyir.Vəziyyət açınacaqlıdır. Kitabsız gələcəyimiz əlbəttə “parlaqdır”;“”Xodda maşını Nabrana sür”

Bizdə son zamanlar hansısa müəllifin kitabının təqdimatı ilə bağlı keçirilən “İmza günləri”çox süni xarakter daşıyır.Mən kitabları çıxan bir çox yazarların “məni burda başa düşmürlər”fikri ilə razı deyiləm.Tutaq ki,bu belədir. 9 milyon əhalidən uzaqbaşı 1000-2000 nəfəri kitab oxuyan belə cəmiyyətdən onsuz da nə gözləmək olar ki?!Ancaq burda başa düşülmürsənsə tərcümə olunub Türkiyədə,lap Avropa ölkəsində çap olunmaq olar.Başa düşürəm bu heç də asan deyil,lakin o qədər də böyük olmayan xərc özünü tam doğrulda bilər. Kim qabağını alır ki,bunun?! Əgər əsər yaxşıdırsa məntiqlə o şöhrət qazanmalıdır və təbii ki,satılmalıdır.

Vacib deyil ki,yazılan kitab mütləq bizim oxucuya hesablansın.Məsələn götürək elə mənim bircə “Mavi Mələklər”əsərini oxuduğum Çüngiz Abdullayevi.Xaricdə onu qat-qat çox oxuyurlar nəinki öz vətənində.Dünya dağılmır ki?!İndi durub gözləyək ki, bir 50 ilə camaat nə zaman kitaba qiymət verəcək,o zaman yazaq?!

Kitaba münasibətini göstər, dеyim nеcə хalqsan

Bu yaxınlarda mətbuatdan oxudum ki, Azərbaycan kitab bazarında rekord olub.Bəs məşhur əfqan əsilli Amerika yazarı Xalid Hüseyninin sonuncu kitabı “Və dağlardan səda gəldi” Azərbaycan dilində 1000 nüsxəlik tirajla nəşr olunub və 1 ay ərzində hamısı bitib.9 milyon əhalisi olan(düzdür,yarısı çörəkpulu dalınca ölkəni tərk edib) kitabin cəmi 1000 nüsxə satılması bədbəxtçilik deyil bəs nədir?Əlbəttə bu o demək deyil ki, Xalid Hüseyninin əsərləri 38 milyon satılıbsa mütləq onu oxumaq lazımdır.Mən çətin ki,onu oxuyum.İnanmıram ki, bir-iki cümlə oxuduğum bu kitab mənim xoşuma gələ.Bəzən kitabların sadəcə yaxşı piarı aparılır deyə populyar olurlar.Ancaq məsələ ümumiyyətlə kitaba münasibətdən gedir.Kitab oxuyanın mütləq “Əli və Nino” Kitab Evinə getməyinə ehtiyac yoxdur.Kitab oxumaq istəyən onu elə yaşadığı məhəllədə də istəsə tapar.Mən şəxsən adını çəkdiyim kitab evi və onun sahibi Nigar Köçərli haqda çox eşidirəm, ancaq mən, gedib ora baxmaq belə marağında deyiləm.

Azərbaycanda ictimai nəqliyyatda kitab oxuyanlara yadplanetli kimi baxılması bədbəxtçilik deyil bəs nədir?... Düşünürəm ki,sovet quruluşundan əvvəl yazan klassiklərimizi saymasaq keçən yüz ildə bir dənə əsər göstərmək olmaz ki,o həqiqətən hər cəhətdən parlaq olsun.Yeganə kitab ki, həqiqətən dediyim zirvəyə namizəd ola bilər,o da Qurban Səidin “Əli və Nino”əsəridir.Əgər onu da həqiqətən azərbaycanlı yazıbsa.

Sovet dönənimdə sistemi qoruyub saxlamaq üçün məntiqsiz, absurd ideologiyanı süni qabardırdılar.Kütləni isə sosializmə inandırmaq, başlarını boş-boş ideyalarla doldurmaq lazım idi və həmin yanlış ideologiya mexanizminin detallarını yağlamaq üçün yazıçılardan geniş istifadə edilirdi.Çünki həmin tanınmış şairlərə,yazıçılara qulaq asılırdı,onlar ictimai fikrə təsir edə bilirdilər.Təbii ki,onlar hakim ideologiyanı reklam etməyə məhkum idilər.
Inkişaf etmiş demokratik ölkələrdə yazıçı, şair əsər yazır ,onları, loru dildə desək, “malını” satışa çıxarır və beləlikləonun maddi vəziyyəti oxucudan birbaşa asılı olur.

Məsələn, əgər hər hansı nəşriyyat bir yazıçı ilə müqavilə bağlayırsa və müəllifin çap olunan kitabları uğurla satılırsa, təbii ki, onunla yeni müqavilələr bağlanılır,müəllifin də onun gəliri müvafiq olaraq artır. Yox əgər bunun əksi baş verərsə, oxucu-alıcı kitaba maraq göstərməzsə, buna görə yazıçının heç kimi qınamağa haqqı olmur. Əlbəttə, ola bilər ki, əsər birinci başa düşülməsin və s. Ancaq bu başqa mövzudur. Zövq haqda mübahisə edilməsə də, Avropada , ABŞ-da cürbəcür janr həvəskarı kifayət qədərdir. Çoxmilyonlu oxucu ordusu tanınmayan belə yazarı bir həftənin içində milyonçu edə bilər. Necə ki, “Harri Potter”in qadın müəllifi artıq gələcəkdə yazacağı macəraların çap edilmə hüququnu əvvəlcədən satır.

Bizdə isə tam əks mənzərədir. Səviyyəli və azad düşüncəli yazıçı yox dərəcəsində olması bir yana, intellektual oxucunun sanki dinozavrlar kimi kökü kəsilib. Bu gün kimsə dahiyanə bir kitab yazsa belə, o, Bakıda, yaxşı halda bir neçə yüz nüsxə satıla bilər. Təsəvvüs edin ki, bizdə “mənəm-mənəm” deyən, SSRİ-dən miras qalmış, o qədər qiymətli olmayan şair və yazıçılar yazdığı və yaza biləcəyi kitabları neçə nüsxə sata bilərlər?

Lap tutaq ki, bu camaat avamdır, guya Avropada hansısa oxucu məzmunca söz makulaturasına oxşayan kitablara pul verər?! Versə də peşman olar. Buradan da belə nəticəyə gəlmək olar ki, sağlam rəqabət, sağlam oxucu olsa və bir çox yazarlar yaltaqlıq yolu ilə dövlətdən, dövlət qurumlarından, məmurların imkanlarından yararlanmasalar, bir çox adı çıxmışlar, lori dildə desək acından ölər.Avropada da yazıçıların, rəssamların birliyi var, lakin onlar dövlət qurumları, təşkilatları deyil, ictimai və demoktarik ittifaqlardır,dövlətdən heç bir asılacaqları yoxdur. Azərbaycanda isə bu cür lazımsız qurumlara dövlət büdcəsindən hər il milyonlarla manat pul ayrılır ki,bu vəsait də öz növbəsində korrupsiya yolu bu dövlət təşkilatlarının başında duranlar və bu pulu ayıran yüksək ranqlı məmurlar tərəfindən həzm edilir...
(ardı var)