İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edildi
5-08-2023, 13:44
Oxunub: 2 848
Pakistanın keçmiş baş naziri və Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bolgə.TV xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Sabiq hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmənin qərarı ilə o 1209 dollar məbləğində cərimə ödəməlidir.