Hakan Fidan İraqa gedir
5-08-2023, 17:00
Oxunub: 3 432
Türkiyə xarici işlər naziri Hakan Fidan İraqa səfər edəcək.
Bolgə.TV xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhaf deyib.
O bildirib ki, bu yaxınlarda Türkiyə xarici işlər nazirinin müavini Fuad Hüseyn Ankaranın İraqdakı səfiri Əli Rza Güneylə görüşüb:
“Görüş zamanı H.Fidanın İraqa səfəri də müzakirə edilib. H.Fidanın bu ayın ikinci yarısında Bağdada səfəri zamanı iki ölkə arasında münasibətlərin genişləndirilməsi məsələsi də müzakirə olunacaq”.