BolgeXeber.Com » Dünya » Türkiyədə işsizliyin səviyyəsi artdı

Türkiyədə işsizliyin səviyyəsi artdı

10-08-2023, 13:54
Oxunub: 2 872
Türkiyədə iyun ayında işsizliyin səviyyəsi 0,1 faiz artaraq 9,6% təşkil edib.

Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat verib.

Məlumata görə, iyun ayında ölkədə 15 yaşdan yuxarı olan işsizlərin sayı may ayı ilə müqayisədə 2 min nəfər artaraq 3 milyon 337 min nəfərə çatıb. İşsizlik nisbəti kişilər üçün 7,8%, qadınlar üçün 13,2% təşkil edib.