BolgeXeber.Com » Dünya » Britaniyada min ukraynalı hərbçi desant təlimi keçdi

Britaniyada min ukraynalı hərbçi desant təlimi keçdi

11-08-2023, 14:14
Oxunub: 3 168
Böyük Britaniyada Ukrayna ordusunun min hərbçisi desant hücumu üçün hazırlanıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kral Dəniz Piyadaları və Britaniya ordusunun təlimatçıları tərəfindən aparılan altı aylıq təlimlərdə yaxın döyüş taktikasının elementləri icra olunub.

Hərbçilər qayıqlardan eniş etməyi, tank əleyhinə raket sistemlərindən, “Stinger” daşınan hava hücumundan müdafiə sistemlərindən və kəşfiyyat avadanlıqlarından istifadə etməyi öyrəniblər.