BolgeXeber.Com » Dünya » Güneydə daha bir şəhərə suyun verilişi dayandırıldı

Güneydə daha bir şəhərə suyun verilişi dayandırıldı

16-08-2023, 18:20
Oxunub: 2 424
Şərqi Azərbaycan əyalətində Kəleybər və ətraf bölgələrində də suyun verilişi dayandırılıb.

Bolgə.TV xəbər verir ki, bu barədə "Azərəncümən" saytı məlumat yayıb.

Məlumatda içməli suyun günortadan sonra saat 15-dən 19-dək kvota ilə veriləcəyi bildirilib.

Qeyd edək ki, avqustun 1-dən başlayaraq Təbrizin bir çox bölgələrində içməli su kəsintiləri hələ də davam edir.