Qazaxıstanda 11 nəfər çayda batıb, 8-nin meyiti tapılıb
22-08-2023, 09:20
Oxunub: 1 904
Qazaxıstanın Türküstan vilayətində Sırdərya çayında 11 nəfər batıb.
Bolgə.TV xəbər verir ki, bu barədə regionun Fövqəladə Vəziyyət Departamenti məlumat yayıb.
Bildirilib ki, batan 11 nəfərdən artıq 8-nin meyiti tapılıb. Meyitlərdən 6-sı dünən, 2-si isə bu gün aşkarlanıb. Digər 3 nəfərin axtarış-xilasetmə əməliyyatı davam edir.
İlkin versiyaya görə, boğulanların hamısı nəzərdə tutulmamış yerdə çimiblər.