BolgeXeber.Com » Dünya » Rüstəm Umerov Ukraynanın müdafiə naziri oldu

Rüstəm Umerov Ukraynanın müdafiə naziri oldu

6-09-2023, 15:00
Oxunub: 3 224
Ukrayna Ali Radası Rüstəm Umerovun müdafiə naziri postuna təyin olunmasını təsdiq edib.

Bolgə.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, səsvermə zamanı 338 deputat Umerovun təyinatının lehinə səs verib.

Qeyd edək ki, sentyabrın 4-də Ukrayna Prezidenti Vladimir Zelenski Krım tatar türkü Rüstəm Umerovun müdafiə naziri təyin edilməsi barədə qərar qəbul edib.