BolgeXeber.Com » Dünya » Güneyli sənətçi ETTELAAT təcridxanasına köçürüldü

Güneyli sənətçi ETTELAAT təcridxanasına köçürüldü

6-09-2023, 17:24
Oxunub: 3 152
Milli rəqs müəllimi, mədəni fəal Peyman İbrahimi Dinvər ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanılır.

Bolgə.TV xəbər verir ki, İbrahimi bu barədə ailəsi ilə qısa telefon danışığında məlumat verib.

Avqustun 26-da Təbrizdə şəxsi mənzilində həbs edilən sənətçinin nədə ittiham olunduğu barədə məlumat verilmir.