Qurana hücum vəhşilikdir - Ərdoğan
7-09-2023, 14:25
Oxunub: 2 328
Qurana qarşı edilən hücumlar nifrət cinayəti və vəhşilikdir.
Bolgə.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Hər dəfə bildirirəm ki, müqəddəs kitabımız Qurana qarşı Avropada ifadə azadlığı adı altında hücumlara icazə verilməsini qəbul etmirik. Bu, açıq-aşkar nifrət cinayəti və vəhşilikdir. İsveç, Niderland və Danimarkada təkrarlanan hücumlar bu coğrafiyada demokratiya və insan haqlarının bərqərar olmadığını göstərir”, - o bildirib.