İranda yaşayan xalqlara çağırış: Aksiyalara qoşulun!
8-09-2023, 17:44
Oxunub: 3 416
İranda öz müqəddəratını təyin etmək hüququ uğrunda Millətlər Cəbhəsinin nümayəndələri 2022-ci ilin sentyabr ayında başlayan ümumxalq aksiyalarının ildönümü ilə bağlı çağırış ediblər.
Bolgə.TV xəbər verir ki, çağırış bəyanatında İranda yaşayan qeyri-fars xalqlara qarşı 100 illik assimilyasiya və ayrı-seçkilik siyasətlərinə toxunulub.
Ölkədə yaşayan bütün xalqlardan sentyabr etirazlarının ildönümündə öz tələbləri və şüarları ilə ümumi aksiyalara qoşulmaları təklif olunub:
“İranda işğal altında olan bütün xalqlar mümkün qanuni mübarizə üsullarından istifadə edərək, işğalçı hakimiyyətin devrilməsi üçün birlikdə mübarizəyə qoşulmalıdırlar”.