BolgeXeber.Com » Dünya » İrandan Qarabağla bağlı mühüm açıqlama

İrandan Qarabağla bağlı mühüm açıqlama

11-09-2023, 13:47
Oxunub: 2 456
İran Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

Bolgə.TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin sentyabrın 9-da keçirdiyi “seçkilər” barədə suala cavabında deyib.

“İranın mövqeyi aydın, sabit və şəffafdır. İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimdən gizli deyil. Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”, - Kənani qeyd edib.