BolgeXeber.Com » Dünya » Şimali Koreya ballistik raket atdı

Şimali Koreya ballistik raket atdı

13-09-2023, 11:46
Oxunub: 2 072
Şimali Koreya Koreya yarımadasının şərq sahilləri yaxınlığındakı sulara ballistik raket atıb.

Bolgə.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri raketin buraxılışını təsdiq edib.

Nəşr qeyd edib ki, raket buraxılışı Şimali Koreya lideri Kim Çen İnin Rusiyaya səfəri fonunda baş verib.