BolgeXeber.Com » Dünya » Rusiya Şimali Koreyaya vacib vəd verdi

Rusiya Şimali Koreyaya vacib vəd verdi

13-09-2023, 15:25
Oxunub: 2 712
Rusiya və Çin KXDR-ə qarşı daha sanksiya tətbiq etməmək qərarına gəliblər.

Bolgə.TV xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Sonuncu qətnamə qəbul ediləndən bəri Şimali Koreyaya qarşı daha sanksiyaların olmayacağını demişik. Çinli tərəfdaşlarımız da eyni mövqedən çıxış ediblər”, - nazir bildirib.