Qazaxıstanda Türkiyə PUA-sı istehsal olunacaq
15-09-2023, 12:46
Oxunub: 2 104
Hazırda Türkiyə şirkətləri ilə Qazaxıstanda PUA istehsalı üzrə müştərək müəssisənin yaradılması istiqamətində iş aparılır.
Bolgə.TV xəbər verir ki, bunu Qazaxıstanın müdafiə nazirinin müavini Sultan Kamaləddinov deyib.
O bildirib ki, son silahlı münaqişələrin təhlili PUA-dan istifadənin aktuallığını göstərir:
“Biz bunu başa düşürük və müvafiq tədbirlər görürük. Bu gün İsrail və Çində istehsal olunan PUA-larımız var, türk şirkətləri ilə birgə müəssisə yaratmaq istiqamətində işlər gedir. Amma məncə, müvafiq dövlət qurumu tərəfindən buna daha aydın münasibət bildiriləcək”.