Türkiyənin hava əməliyyatı: 31 hədəf məhv edildi
16-09-2023, 12:00
Oxunub: 912
Türkiyə ordusu İraqın şimalında hava əməliyyatı keçirib.
Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, sentyabrın 13 və 15-də İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında aralarında məsul terrorçular da daxil olmaqla onların istifadə etdiyi 31 hədəf məhv edilib.