İranda güclü partlayış: yaralılar var
20-09-2023, 17:13
Oxunub: 1 000
İranın Qum şəhərində yerləşən metaləritmə zavodunda güclü partlayış baş verib.
Bolgə.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Partlayış nəticəsində 21 nəfərin yaralandığı, onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisənin baş vermə səbəbləri barədə açıqlama verilməyib.