BolgeXeber.Com » Dünya » İranda qum fırtınası: 2278 nəfər xəsarət aldı

İranda qum fırtınası: 2278 nəfər xəsarət aldı

25-09-2023, 16:12
Oxunub: 2 792
İranın Sistan və Bəlucistan əyalətində son 5 gün ərzində qum fırtınası nəticəsində 2278 insan zərər çəkib.

Bolgə.TV xəbər verir ki, bu barədə əyalətin Böhran İdarəetməsi Departamentinin baş direktoru Məcid Mohebi məlumat yayıb.

“Xəstəxanalara müraciət edənlərdən 157-i palatalara yerləşdirilib, 3-ü həyatını itirib”, - o bildirib.