Pakistanda dəhşətli partlayış: 34 ölü, 100-dən çox yaralı
29-09-2023, 13:01
Oxunub: 2 352
Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində partlayış baş verib.
Bolgə.TV xəbər verir ki, bu barədə “ARY Nyus” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 34 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.
Partlayışın səbəbi ilə bağlı məlumat verilməyib.