Ruslar bu istiqamətdə geri çəkildilər
30-09-2023, 14:26
Oxunub: 3 008
Ruslar Liman-Kupyansk istiqamətində iki dəfə müdafiəni yararaq hücuma keçməyə cəhd edib.
Bolgə.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş bildirib.
“Liman-Kupyansk istiqamətində ruslar indi hücum əməliyyatlarını bərpa edib. Xüsusilə, son 24 saat ərzində iki dəfə müdafiəmizi yarmağa cəhd edib. Lakin uğursuz olub. Orada kifayət qədər itkiləri oldu, geri çəkildilər”, - Yevlaş bildirib.