Sunak da İsrailə səfər edir
19-10-2023, 09:49
Oxunub: 3 024
Böyük Britaniya Baş naziri Rişi Sunak bu gün İsrailə həmrəylik səfəri edəcək.
Bolgə.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Səfər zamanı Sunak İsrailin siyasi və hərbi rəhbərliyinin nümayəndələri, o cümlədən hökumətin başçısı Benyamin Netanyahu ilə görüşəcək. O, İsrailə səfərindən sonra gərginliyi azaltmaq üçün Yaxın Şərqin digər ölkələrinə də gedəcək”, - məlumatda deyilib.