BolgeXeber.Com » Dünya » 603-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

603-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

19-10-2023, 17:39
Oxunub: 1 344
Rusiya müharibənin 603-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bolgə.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 493 təyyarəsi, 252 helikopteri, 8065 PUA-sı, 441 zenit-raket kompleksi, 12 764 tank və digər zirehli texnikası, 1163 reaktiv yaylım atəş sistemi, 6823 artilleriya və minaatanı, 14 438 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.