BolgeXeber.Com » Dünya » İsrail Qəzzanı Fələstinə verəcək?

İsrail Qəzzanı Fələstinə verəcək?

21-10-2023, 09:27
Oxunub: 3 336
İsrail Qəzzanı Fələstin Milli Administrasiyasına verməyə hazırlaşmır.

Bolgə.TV xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

“Baş nazir Netanyahu hədəfi müəyyən edib: HƏMAS-ın ləğvi... İsrailin Qəzzanı Fələstin Muxtariyyətinə, yaxud digər tərəfə verməyə hazırlaşması ilə bağlı yayılan məlumatlar cəfəngiyyatdır”, - deyə bildirilib.

Qeyd edilir ki, bundan öncə bəzi İsrail KİV-lərində İsrailin HƏMAS-ı məhv etməsindən sonra Qəzza anklavının Fələstin idarəçiliyinə veriləcəyi yönündə məlumatlar yayılmışdı.