İrəvan sürətlə silahlanır- NƏYƏ HAZIRLAŞIR?
24-10-2023, 09:25
Oxunub: 3 008
Ermənistan bir tərəfdən dekabr ayına qədər sülh müqaviləsinin imzalanmasına hazır olduğunu deyir, digər tərəfdən aktiv şəkildə silahlanmaya fokuslanıb. Aydın məsələdir ki, Ermənistan bu silahları İrana, Rusiyaya, Gürcüstana qarşı yox, Azərbaycana qarşı istifadə edəcək.
Bu sözləri politoloq Turab Rzayev Ermənistanın Fransa ilə silah sazişinin imzalanması məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistanda partizan müharibəsinə, terror aktlarına hazırlaşırlar:
“Bütün bunlar Azərbaycana qarşıdır. Ermənistan tək Fransadan yox, Fransa ilə yaxın olan başqa ölkələrdən də son illərdə milyardlarla dollar həcmində silah alıb. Yeni hərbi formasiyalar yaranıb. Ermənistanda ASALA-nı yenidən diriltmək üçün çalışırlar. Bu yaxınlarda VOMA təşkilatını elan etdilər. O da ASALA-nın yeni formasıdır.
Ermənistan bir tərəfdən sülhü təmin etmək barədə danışır, digər tərəfdən Fransanın Qafqaza müdaxiləsinə şərait yaradır və kütləvi şəkildə silahlanır. Bütün bunlar Ermənistanın niyyətinin birmənalı olmadığına işarədir. Məhz bu da regionda gərginlik yaradır. Tək Azərbaycan deyil, regional dövlətlər, İran və Rusiya da açıq şəkildə Qərbin Ermənistan üzərindən bölgəyə gəlməsinə və bölgədə silahlı münaqişəyə qarışmasına etiraz edir. Bu hadisə istər-istəməz bölgədə siyasi təzyiqi yüksəldir. Çox yaxşı olar ki, Ermənistan ya sülh müqaviləsi üçün hazırlaşsın, ya da konkret şəkildə bütün resurslarını silahlanmaya xərcləsin və müharibəyə hazırlaşsın. İkisi ilə də məşğul olmaq çox ciddi suallar yaradır”, - o bildirib.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər