9 noyabrın astroloji proqnozu
9-11-2013, 10:20
Oxunub: 4 782
QOÇ - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Axşam saatları qazanmaq üçün çox səmərəlidir.
BUĞA - Əsas diqqətinizi fəaliyyət istiqamətinə yönəldin. Qarşılıqlı münasibətlərdə, alış-veriş məsələlərində isə hansısa müvəffəqiyyət gözlənilmir. Bu gün doğmalarınıza da baş çəkin.
ƏKİZLƏR - Əvvəlki günlərdən fərqli olaraq bu ərəfədə rahatlıq əldə edəcəksiniz. Hər hansı konflikt gözlənilmir. Sağlamlıqla bağlı narahatçılığınız da kifayət qədər səngiyəcək.
XƏRÇƏNG - Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.
ŞİR - İstəklərinizi reallaşdırmaq istiqamətində tənbəllik edirsiniz. Çünki sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Heç olmasa, saat 12-dən aktiv olun.
QIZ - Yersiz risk etməyə lüzum yoxdur. Müdriklik göstərin. Əgər haqlısınızsa, bunu gec-tez hamı biləcək. Saat 15-dən sonra şəxsi zəmində gözlənilən hər hansı münaqişədən əl çəkin.
TƏRƏZİ - İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Çünki ixtiyarınızda olan bu təqvim deyilən məsələlər üçün o qədər də önəmli deyil. Açıq havada çox gəzinməyin.
ƏQRƏB - Ziyarətgahlara baş çəkmək rahatlığınızı artıracaq. Əks halda qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Nahardan sonra işləriniz qaydasında getməlidir.
OXATAN - Günün ilk yarısında ümumi mənzərə gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. Bir az səbrli olun. Sonrakı müddətdə isə fəaliyyət zəminində böyük dönüşlər gözlənilir.
OĞLAQ - Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Qazanmaq şansınız olsa da, səhhətinizi də qoruyun.
SUTÖKƏN - Qarşıdakı günlər üçün nəzərdə tutduğunuz yeni ideyaları reallaşdırın ki, uğurlarınız daha da artsın. Səhhətinizə də diqqət yetirin. Axşam təmiz havada gəzinməyə çalışın.
BALIQLAR - İxtiyarınıza elə bir ərəfə verilib ki, yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilə və məsləhətlər o qədər də önəmli deyil. Ailə-sevgi münasibətlərinə fikir verin. Səfərə çıxmayın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər