"Microsoft"da inqilabi dəyişklik
28-10-2023, 10:08
Oxunub: 3 312
"Microsoft" şirkəti "Windows"un növbəti versiyasında proqramların axtarışı və işə salınması üçün "Start" düyməsini ləğv edə bilər.
Bu barədə şirkətin baş direktoru Satya Nadellanın dediklərindən məlum olub. O, əməliyyat sisteminin bəzi yeni xüsusiyyətlərini açıqlayarkən, düymənin süni intellektlə əvəzlənəcəyini deyib.
Yeni funksiyanın "Copilot" adlandığını deyən şirkət rəhbəri onun "Start" düyməsinə bənzədiyini vurğulayıb.
"O, tətbiqlərinizlə bütün qarşılıqlı əlaqənin təşkilatçısı olacaq", - deyə Nadella vurğulayıb.
"Microsoft"un rəhbəri bildirib ki, süni intellekt istifadəçi vərdişlərini tamamilə dəyişəcək. Onun sözlərinə görə, "Windows 12" istifadəçiləri üçün "Start" vasitəsilə lazımi proqramları əllə axtarmaq və ya müəyyən məlumatları daxil etməkdənsə, süni intellektə səsli əmr vermək daha asan olacaq.
"Start" - "Windows"un müvafiq düyməni basmaqla işə salınan menyusudur. Bu düymə "Microsoft"un ən qədim funksiyalarından biridir və ilk dəfə 1995-ci ildə buraxılmış "Windows 95"də görünüb.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər