BolgeXeber.Com » Dünya » MDB Moskva bir daha bəyan etdi: Bu müqavilənin bərpasını istəyirsinizsə...

MDB Moskva bir daha bəyan etdi: Bu müqavilənin bərpasını istəyirsinizsə...

2-11-2023, 12:12
Oxunub: 2 832

Taxıl müqaviləsinin bərpası Rusiya-BMT memorandumunun həyata keçirilməsini tələb edir. 

Bölgə Tv xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib.

Diplomat vurğulayıb ki, Moskva istehsal və ixracda, o cümlədən bank ödənişləri, sığorta, nəqliyyat logistikası və Rusiyaya ehtiyat hissələrin tədarükü sahələrində iştirak edən Rusiya iqtisadi operatorlarına qarşı sanksiyaların aradan qaldırılmasında irəliləyiş görmür.

Bundan əvvəl “Bild” qəzeti yazıb ki , BMT taxıl sazişinin uzadılması üçün Rusiyanın bütün şərtləri ilə razılaşmağa hazırdır. Təşkilatın baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova yazdığı məktubda sövdələşməni bərpa etmək üçün Rusiya banklarının beynəlxalq ödəniş sisteminə SWIFT-ə qaytarılmasını təklif edib. Lakin daha sonra baş katibin sözçüsü Fərhan Haq məktubun media tərəfindən yanlış şərh edildiyini bildirib. Onun sözlərinə görə, BMT Rusiyadan sanksiyaların götürülməsini tələb etmir.