BolgeXeber.Com » Dünya » Prezidentin oğlu hamilə həyat yoldaşını onunla son səfərə çıxması fikrindən daşındırıb

Prezidentin oğlu hamilə həyat yoldaşını onunla son səfərə çıxması fikrindən daşındırıb

18-11-2013, 10:05
Oxunub: 4 676 Mərhum İrek Minnixanov həyat yoldaşına tez qayıdacağını söz verərək tək yola çıxıb
Dünən təyyarə qəzasında faciəvi şəkildə həlak olan Tatarıstan prezidentinin oğlu İrek Minnixanov 8 aylıq hamilə həyat yoldaşını onunla səfərə getməməsi üçün zorla yola gətiribmiş.

İrek “AK BARS” bankında çalışırdı və işi ilə əlaqədar tez-tez səfərlərə gedirdi.

Tatarıstan prezidentinin oğlunun həyat yoldaşı fransız xanım Antoniya Qişar ərini bir çox səfərlərdə müşayiət edirdi. Lakin sonuncu səfərinə gedərkən İrek 8 aylıq hamilə xanımını onunla getməməsi üçün yola gətirib.

Moskvaya uçan zaman İrek çox aydın şəkildə yoldaşına, hamiləliyin bu mərhələsində təyyarəyə minməyin onun üçün təhlükəli olduğunu bildirib. O, Antoniyaya imkan daxilində tez qayıdacağını söz verərək Moskvaya tək yola düşüb.