BolgeXeber.Com » Dünya » NATO ən böyük hərbi təlimə hazırlaşır

NATO ən böyük hərbi təlimə hazırlaşır

18-01-2024, 19:09
Oxunub: 1 968
NATO-nun ən böyük təlimi gələn həftə başlayır.

Bunu Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli alyansın hərbi komitəsinin iki günlük iclasının yekunları üzrə Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “Steadfast Defender2024” təlimlərində 90 minə yaxın hərbçi iştirak edəcək.
Hərbi təlimlərin məqsədi Rusiyanı çəkindirməkdir.