Romada mina terroru ilə bağlı aksiya keçirildi
31-01-2024, 08:32
Oxunub: 2 640
İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar paytaxt Romanın mərkəzindəki Müqəddəs Həvarilər Meydanında (Piazza dei Santi Apostoli) Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsinə qarşı etiraz aksiyası keçiriblər.
Bolgə.TV xəbər verir ki, aksiyanın məqsədi İtaliya və dünya ictimaiyyətinin diqqətini Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək olub.
Aksiya iştirakçıları Azərbaycanın uzun illər erməni işğalında qalmış ərazilərində Ermənistan tərəfindən basdırılan minaların bu gün də mülki şəxslərin ölümünə səbəb olduğunu bildiriblər. Soydaşlarımız mina terroruna son qoyulmasını tələb edib, “Erməni terroruna son!”, “Mina terrorunu dayandırın!”, “Ekoloji terrora son!” kimi şüarlar yazılmış plakatlar qaldırıb, İrəvanı sülhü dəstəkləməyə, mina xəritələrini verməyə çağırıblar
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər