Pulsuz dolanan adam
28-08-2010, 19:10
Oxunub: 9 402

İngiltərədə yaşayan 31 yaşındakı Mark Boyl 2008-ci ilin noyabr ayından pulsuz dolanır. «Daily Telegraph « qəzeti yazır ki, Mark Boyl Bristol yaxınlığındakı tarlada yaşayır. Yediklərini özü əkib becərir, odun sobası yandırır, elektrik mənbəyi kimi Günəş batareyalarından istifadə edir.
Cib telefonu ancaq gələn zənglər üçün açıqdır, bir də günəş enerjisi ilə işləyən noutbuku var.
Mark Boyl 6 ildir ki, vegetariandır. O deyir ki, günlərin bir günü öz dostu ilə sahibkarların adamları ucuz işçi kimi işlətməsindən, ətraf mühitin çirklənməsindən, müharibələr və dünyadakı başqa problemlər haqqında danışırmış:
«Onda bütün bunların kökündə pulun dayandığını qənaətinə gəldim. Elə həmin andan puldan əl çəkmək qərarı verdim».
Mark Boyl bundan sonra Bristoldakı evini satır və işdən çıxır. Pulla aldığı hər şeyin siyahısını tutur. Bunların yerinə nədən istifadə edə biləcəyi düşünür. Axtarır və tapır.
Dişlərini yumaq üçün razyana toxumlarından və diş fırçası kimi balığın kiçik sümüklərindən istifadə edir. iPod kimi şeyləri yadından çıxarıb, onun yerinə quş səslərini dinləyir. /bolgexeber.com/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər