BolgeXeber.Com » Dünya » Kreml Fransaya xəbərdarlıq etdi

Kreml Fransaya xəbərdarlıq etdi

21-03-2024, 17:50
Oxunub: 1 264
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb ölkələrinə, xüsusən də Fransaya xəbərdarlıq edib.

Bolgə.TV xəbər verir ki, Peskov Ukraynaya istənilən xarici hərbi kontingentin göndərilməsinin ciddi nəticələrə gətirib çıxaracağını bildirib.
"Biz dəfələrlə demişik ki, bəzi xarici hərbi kontingentlərin Ukraynaya göndərilməsi çox mənfi və hətta düzəlməz nəticələrə səbəb olacaq", - Kremlin sözçüsü bildirib.
Fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Ukraynaya avropalı əsgərlərin göndərilməsini istisna etməyib. Daha sonra o, Parisin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini təsdiqləyib. Onun sözlərinə görə, indi respublikaya kömək etmək üçün “qırmızı xətlər, məhdudiyyətlər qalmayıb”.
Martın 19-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Fransa silahlı qüvvələri Ukraynaya göndərmək üçün iki minə yaxın hərbçi hazırlayır