BolgeXeber.Com » Dünya » Tiflisdə cümə məscidində yanğın olub

Tiflisdə cümə məscidində yanğın olub

26-03-2024, 09:48
Oxunub: 840
Martın 25-də axşam saatlarında Tiflisin mərkəzindəki Cümə məscidində yanğın baş verib.

Bolgə.TV xəbər verir ki, yanğın məscidin dəstəmaz otağında qeydə alınıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Lakin yanğının elektrik xətlərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası alovun məscidin digər otaqlarına və ətraf binalara keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.