BolgeXeber.Com » Dünya » “Crocus” terrorçularının hazırda qaldığı və sonradan köçürüləcəkləri həbsxananın görüntüləri

“Crocus” terrorçularının hazırda qaldığı və sonradan köçürüləcəkləri həbsxananın görüntüləri

2-04-2024, 13:57
Oxunub: 968
Moskva vilayətində Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalına hücum edən terrorçuların hazırda qaldıqları və məhkəmədən sonra köçürüləcəkləri həbsxananın görüntüləri yayılıb.

Bildirilir ki, onlar məhkəməyə qədər Rusiyanın ən mühafizə olunan Lefortovo istintaq təcridxanasındadırlar.
Binanın xarici divarların qalınlığı 1,5 metrə qədərdir. Çoxu ikiyerlik olmaqla 100-dən çox kamerası var.
Məlumata görə, terrorda ittiham olunanlar 10 günə yaxın karantində təkbaşına qalacaqlar. Bundan sonra kamera yoldaşının yanına aparılacaqlar.
Təcridxanada ikiyerli kamera çox kiçikdir - cəmi 7 kvadratmetrdir. İttiham olunanlar gündə bir dəfə birsaatlıq gəzintiyə çıxarılırlar. Ancaq onlar yolda heç kimlə qarşılaşmırlar.
İstintaq saxlanılan şəxsin məhkəməyə kimi salamat qalmasında maraqlıdır: Uşaqlar da daxil olmaqla 140-dan çox insanı öldürmələrinə görə terrorçular digər məhkumların qəzəbinə tuş gələ bilərlər.
Ancaq məhkəmədən sonra da onları yaxşı heç nə gözləmir. Terrorçular ömürlərinin sonuna qədər 4x6 kvadratmetrlik “tabut” adlanan kamerada qalacaqlar, əyilmiş vəziyyətdə əlləri arxalarında hərəkət edəcəklər, ən yaxın qohumları ilə də ünsiyyətə icazə olmayacaq.
Bildirilir ki, ömürlük cəza çox dəhşətlidir, çoxu ölüm arzulayır.
Kaloniyadan sonra isə onlar adsız məzarlıqda basdırılacaqlar.