BolgeXeber.Com » Dünya » Zəlzələlərin Tayvana vurduğu ziyan açıqlandı

Zəlzələlərin Tayvana vurduğu ziyan açıqlandı

3-04-2024, 15:52
Oxunub: 1 184
Ən böyük yarımkeçirici istehsalçılarından biri "Tayvan Semiconductor Manufacturing Co." (TSMC) Tayvanda baş verən zəlzələnin vurduğu ziyanı təxminən 60 milyon dollar qiymətləndirib.

Bolgə.TV-nin məlumatına görə, bu barədə "Commercial Times" qəzeti şirkətin mətbuat xidmətinə istinadən yazır.
"TSMC-nin ikinci rübün maliyyə nəticələrinə təsir təxminən 60 milyon dollar olacaq", - bəyanatda deyilir.
Şirkət həmçinin bəzi fabriklərin ərazisindən işçilərin evakuasiya ediləcəyini və Tayvan boyu tikinti sahələrində işlərin dayandırılacağını, yoxlamadan sonra yenidən başlayacağını qeyd edib.
Xatırladaq ki, aprelin 3-də səhər saatlarında Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Yeraltı təkanlar zamanı 736 nəfər isə yaralanıb.