BolgeXeber.Com » Dünya » Türkiyədə seçki yenidən keçiriləcək- SƏBƏB NƏDİR?

Türkiyədə seçki yenidən keçiriləcək- SƏBƏB NƏDİR?

5-04-2024, 10:19
Oxunub: 1 000
AKP-nin etirazı ilə CHP namizədinin qalib gəldiyi Ərdahanda seçkilər təkrarlanacaq.

Bolgə.TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Belə ki, AKP-nin şəhər təşkilatı bütün bülletenlərin yenidən sayılması və seçkinin ləğvi üçün Mərkəz Rayon Seçki Şurasına etiraz edib.
Şura AKP-nin ərizə ilə təqdim etdiyi dəlillərə əsaslanaraq, səs çoxluğu ilə seçkilərin yenilənməsinə qərar verib. Səsvermə iyunun 2-də baş tutacaq.
Bununla belə, CHP-nin namizədi, şəhərin həm də hazırkı bələdiyyə başçısı olan Faruk Dəmir Sözcü TV-yə seçki qurumunun bu qərarına etiraz edəcəyini bildirib.
Qeyd edək ki, Türkiyədə martın 31-i yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Ərdahanda CHP-nin namizədi Faruk Dəmir 45,06%, AKP namizədi Yunus Baydar isə 43,51% səs toplayıb. İki namizəd arasında 174 səs fərqi olub. Şəhər üzrə etibarsız səslərin sayı 620 olub.