Hafiz Məmmədovun yeni maraqlı videosu yayıldı - (Video)
27-11-2013, 10:00
Oxunub: 6 190
Fransanın futbol ictimaiyyəti təəccüblənir: azərbaycanlı milyarderin şəxsiyyətinə pərəstiş formalaşdırmaqda məqsədi nədir?
Azərbaycanlı milyarder, “Baghlan Group” şirkətlər qrupunun prezidenti və nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı kimi tanınan Hafiz Məmmədov Fransa futbol ictimaiyyətinin və azarkeşlərinin əsas mövzusudur.
Fransanın “Lans” klubunu alan H.Məmmədov bu ölkənin “Canal+Sport” telekanalının əməkdaşlarını Bakıdakı malikanəsində qəbul edərək onları 16 min dollarlıq saatla ələ almaq cəhdindən sonra bu dəfə şəxsiyyətə pərəstiş kimi qarşılanan yeni əcaib reklam videosu çəkdirib.
Virtualaz.org saytı Fransa idman nəşrlərinə istinadən xəbər verir ki,dünən-noyabrın 26-da “Lans” klubunun rəsmi internet saytı H.Məmmədovun ötən həftə klubun oyununa baxmaq üçün Parisə səfərinə həsr edilmiş videorliki yayıb.
“Frans 3” telekanalı bu videoroliki “əcaib və təəccüblü” adlandırır. Çünki videorolik bütünlüklə “Lans” klubunun yeni sahibinin reklamına həsr olunub.
“Hafiz Məmmədovu alqışlayırıq” adlı videorolik “Lans” klubunun azarkeşləri arasında da heyrətlə qarşılanıb. Videorilikdə H.Məmmədovun Parisdə qarşılanması, Luvr muzeyini gəzməsi, “Lans” klubunun məşq meydançasına və soyunub-geyinmə otağında futbolçularla söhbəti musiqi sədaları altında təqdim olunur.
Telekanalın qeyd etdiyi kimi, bu kadrlar təvazökarlıqdan çox uzaqdır. H.Məmmədovu kadrlarda “Lans” klubunun prezidenti Daniel Percheron müşayİət edir. H.Məmmədov kadrlarda daim gülümsəyən tərzdə yer alır, soyunub-geyinmə otağında əlini futbolçuların çiyninə qoyub onları “yaxşıların yaxşısı” adlandırır. Bildirir ki, bu saat 9 milyonluq Azərbaycan xalqı “Lans” klubunu dəstəkləyir.
Telekanal bildirir ki, videorolik tamamilə “şəxsiyyətə pərəstiş” üslubundadır və “Lans” klubunun azarkeşlərini təəcCübləndirib. Çünki onlar indiyədək klubun sahiblərinin ünvanına bu cür təriflər eşitməmişdilər.
Qeyd olunur ki, H.Məmmədov klubu alandan sonra ilk dəfədir ki, Fransa ictimaiyyəti qarşısına çıxırdı və ilk dəfə idi ki, “Lans”ın oyununa baxmağa gəlmişdi. H.Məmmədovun şəxsiyyətinə pərəstiş videosu Fransanın digər KİV-lərində də tənqid olunur.
Bolgexeber.com "Lans" klubunu alandan sonra özünü az qala Bonapart sayan "Hafka"nın videosunu təqdim edir:
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər