BolgeXeber.Com » Dünya » Tehran səmasında uçuşlar dayandırıldı

Tehran səmasında uçuşlar dayandırıldı

11-04-2024, 14:46
Oxunub: 1 248
Aprelin 10-dan 11-ə keçən gecə saat 00:00-dan Tehran səması bütün uçuşlara bağlı elan edilib.

Bolgə.TV xəbər verir ki, bu barədə SEPAH-ın Qüds qüvvələrinə bağlı media orqanı məlumat yayıb.
Bunun raket sınağı ilə əlaqədar olduğu bildirilib.
“Bu İranın cavab əməliyyatları ilə bağlı İsraili çaşdırmaq üçün həyata keçirilən təlimə uyğundur”, - İranın “Aftabnyus” saytı yazıb.
Almaniyanın “Lufthansa” aviaşirkəti də Tehrana olan uçuşları bir günlüyünə təxirə saldığını açıqlayıb.