BolgeXeber.Com » Dünya » Pakistanda terakt: 11 nəfər öldü

Pakistanda terakt: 11 nəfər öldü

13-04-2024, 13:54
Oxunub: 1 624
Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların avtomobillərə hücumu nəticəsində 11 nəfər həlak olub.

Bolgə.TV xəbər verir ki, bu barədə "Nyus" portalı məlumat yayıb.
Məlumata əsasən, 10-dan çox yaraqlı Nuşka şəhərindən 1 km aralıda milli avtomobil yolunu bağlayıb. Silahlı şəxslər maşınları yoxlamağa , dayanmayanlara isə atəş açmağa başlayıb.
Daha sonra işçiləri daşıyan sərnişin avtobusunu saxlayıb, 9 nəfəri qaçıran yaraqlılar sərnişinləri güllələyərək həlak edib.