BolgeXeber.Com » Dünya » İranın atdığı raketlər İsrailə nə qədər ziyan vurub?

İranın atdığı raketlər İsrailə nə qədər ziyan vurub?

15-04-2024, 14:07
Oxunub: 888
İran ordusunun ötən gün İsrailə atdığı raketlərdən 9-u "Dəmir qübbə" RƏM sistemini keçərək iki hava bazasını düşüb.

Bu barədə "ABC News" məlumat yayıb. 
Məlumata görə. 5 raket "Navatim" aviabazasına düşüb və "C-130" nəqliyyat təyyarəsini zədələyib.
İranın 4 ballistik raketi isə Negevdəki ikinci hava bazasını vurub.
Rəsmi Təl-Əviv İranın raket hücumu ilə bağlı açıqlayıb ki, təhdidlərin 99%-i dəf edilib.
“Politico” nəşri yazır ki, hücumdan sonra Bayden İranı münaqişəni gərginləşdirməyə təhrik etməmək üçün xalqa müraciət etməmək qərarına gəlib.