BolgeXeber.Com » Dünya » Ərdoğanın bu sözləri dünya gündəmini zəbt etdi

Ərdoğanın bu sözləri dünya gündəmini zəbt etdi

17-04-2024, 15:23
Oxunub: 672
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.

Bolgə.TV xəbər verir ki, ƏrdoğanYaxın Şərqdəki böhranla bağlı mühüm ifadələr işlədib. Qəzzada baş verən soyqırımına və İran-İsrail arasında yaşanan gərginliyə də toxunub.
“13 aprel gecəsi ürəyimizi ağzımıza gətirən gərginliyə görə ilk növbədə Netanyahu və onun qaniçən rəhbərliyi məsuliyyət daşıyır”, - Ərdoğan deyib.
Prezident Ərdoğanın açıqlamaları dünya manşetlərində ilk sırada yer alıb.
Beynəlxalq xəbər agentliyi “Reuters” Ərdoğanın açıqlamalarına geniş toxunub.
"Problemin mənbəyi düzgün müəyyən edilməlidir. Yalnız aprelin 13-nə keçən gecəyə baxaraq qiymətləndirmə aparmaq ədalətli olmaz. Oktyabrın 7-dən İsrail hökuməti yanğını bölgəyə yaymaq üçün təxribatçı addımlar atır” ifadələrinə yer verən agentlik Ərdoğanın Netanyahunu qınamasına da toxunub.
İsrail mediası da Ərdoğanın açıqlamasına səssiz qala bilməyib. “Times of Israel”, “13 aprel gecəsi ürəyimizi ağzımıza gətirən gərginliyə görə ilk növbədə Netanyahu və onun qaniçən administrasiyası məsuliyyət daşıyır" ifadəsini manşetə daşıyıb. Prezident Ərdoğanın açıqlaması Yunanıstan mətbuatında da böyük əks-səda yaradıb.
“Ethnos” qəzeti Ərdoğanın bölgədəki rolunu vurğulayarkən Türkiyənin roluna bir daha diqqət çəkib. Yunanıstan qəzeti “Ərdoğan İran və İsrail arasında balanslaşdırıcı rol oynayır” başlığını işlədib.