BolgeXeber.Com » Dünya » Rusiyada maşınqayırma zavodunda DƏHŞƏTLİ YANĞIN: Ölən və yaralananların sayı artdı

Rusiyada maşınqayırma zavodunda DƏHŞƏTLİ YANĞIN: Ölən və yaralananların sayı artdı

22-04-2024, 14:18
Oxunub: 512
Rusiyanın Voronej şəhərində “Enikmaş-V” maşınqayırma zavodunda baş verən güclü yanğın nəticəsində ölən və yaralananların sayı artıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Yanğının 500 kvadratmetr sahədə söndürülməsinə nail olunub.