BolgeXeber.Com » Dünya » Türkiyəni qasırğa vurdu: 6 nəfər yaralandı, minarə və ağaclar uçdu

Türkiyəni qasırğa vurdu: 6 nəfər yaralandı, minarə və ağaclar uçdu

22-04-2024, 15:08
Oxunub: 552
Türkiyədə fırtına həftə sonu ölkənin bir çox bölgəsində fəsadlar törədib. 

Bolgə.TV "TRT Haber"ə istinadən xəbər verir ki, Çankırıda da müşahidə edilən güclü külək həyata mənfi təsir edib.
Fırtına nəticəsində 6 nəfərin yaralandığı, 65 damın uçduğu, 3 məscid minarəsinin və 5 ağacın uçduğu, 5 tövlənin dağıldığı bildirilir.
Günorta saatlarında şəhərin mərkəzinə əsən güclü külək nəticəsində ağaclar aşıb, iş yerlərindən kənarda olan şkaflar, mebel və zibil qabları dağlıb, bəzi mənzillərin şüşələri sınıb.
Külək nəticəsində Bademlik məscidinin iki minarəsindən biri uçub. Minarədən qopan parçalar ətrafdakı iş yerlərinə və nəqliyyat vasitələrinə ziyan vurub.
Çankırı Bələdiyyə başçısı İsmail Hakkı Esen bölgədə keçirdiyi yoxlamalardan sonra jurnalistlərə açıqlamasında bildirib ki, minarə güclü külək nəticəsində uçub.
Çankırı Valiliyinin yazılı açıqlamasında bildirilir ki, fırtına səbəbindən 112 Təcili Zəng Mərkəzinə 65 damın uçduğu, 5 ağacın aşdığı, 5 tövlənin zədələndiyi, 3 məscid minarəsinin dağıldığı barədə məlumat daxil olub.
Açıqlamada fırtına nəticəsində 6 nəfərin yaralandığı, bu insanların həyati təhlükəsinin olmadığı bildirilib.