BolgeXeber.Com » Dünya » Bu şəxslər Gürcüstanda üç ilə qədər vizasız qala biləcəklər

Bu şəxslər Gürcüstanda üç ilə qədər vizasız qala biləcəklər

24-04-2024, 16:23
Oxunub: 832
Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşlarına üç il ərzində respublikada vizasız qalmağa icazə verib.

Bolgə.TV xəbər verir ki, bu barədə Gürcüstanın hüquq portalında dərc olunan hökumətin müvafiq qərarında deyilir.
Sənəddə deyilir: “Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olmaq və üç il qalmaq hüququ var.
Mətndə həmçinin qeyd olunur ki, qətnamə “2024-cü il fevralın 24-dən sonra yaranan hüquq münasibətlərinə” şamil ediləcək.
2023-cü ilin fevralında Gürcüstan hökuməti ukraynalıların respublikada iki il vizasız qalmasına icazə vermək qərarına gəlib.