BolgeXeber.Com » Dünya » Əfqanıstanda məscidə hücum - 6 nəfər öldü

Əfqanıstanda məscidə hücum - 6 nəfər öldü

30-04-2024, 13:16
Oxunub: 2 928
Əfqanıstanın Herat əyalətində məscidə hücum olub.

Bolgə.TV xəbər verir ki, silahlı şəxs ibadət edənlərə atəş açıb, nəticədə 6 nəfər həlak olub.

Hələ ki heç bir silahlı qruplaşma hadisəyə məsuliyyəti öz üzərinə götürməyib.