Ukrayna müxalifəti Nazirlər Kabinetini mühasirəyə alıb
2-12-2013, 11:15
Oxunub: 4 794
Kiyevin Müstəqillik Meydanında gecələyən müxalifət tərəfdarları bu gün səhər Nazirlər Kabinetinin binasına yürüş ediblər
Bolgexeber.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, təxminən 5-6 min mitinqçi hökumət binasının qarşısına gələrək “Banda – get!” deyə qışqırmağa başlayıblar. Müxalifət fəalları hökumət binasının bütün girişlərini, eləcə də Milli Bankın binasını nəzarətə götürüblər.
Yürüşün başında gedən sabiq daxili işlər naziri Yuri Lutsenko iştirakçılara aksiyanın dinc xarakterli olduğu barədə xəbərdarlıq edərək təxribatlara uymamağa çağırıb.
Nazirlər Kabinetinin həyətində “Berkut” xüsusi təyinatlı milis dəstəsi əməkdaşlarının olduğu avtobuslar gözləyir. Onlar hələlik aksiyaçılara qarşı hər hansı tədbir görmürlər.
Qeyd edək ki, bazar günü Müstəqillik Meydanında yüz minlərlə insanın iştirakı ilə keçirilən aksiyada Nikolay Azarovun başçılıq etdiyi Nazilər Kabinetinin istefaya getməsi tələb olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər