Pakistanda avtobus qəzası: 28 ölü, 20 yaralı
29-05-2024, 10:52
Oxunub: 2 440
Pakistanın Bəlucistan əyalətinin Vaşuk rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Bolgə.TV xəbər verir ki, bu barədə “Deyli Pakistan” qəzeti məlumat yayıb.
Qəza nəticəsində azı 28 nəfər ölüb, 20-yə yaxın şəxs isə yaralanıb.
İlkin versiyaya görə, avtobusun təkəri partlayıb və yoldan çıxaraq aşıb.
Hadisə yerinə xilasedicilər cəlb edilib, yaralılar xəstəxanaya yerləşdirilib.