BolgeXeber.Com » Dünya » Azərbaycanlı hərbçi itkin düşdü

Azərbaycanlı hərbçi itkin düşdü

29-05-2024, 15:59
Oxunub: 2 608
Ukrayna ordusunun azərbaycanlı hərbçisi Emin Əsabəli oğlu Yüzbaşiyev Zaporojye istiqamətində itkin düşüb.

Bolgə.TV xəbər verir ki, bu barədə Krivoy-Roq Azərbaycanlıları Konqresinin sədri Rəmzi Rzayev məlumat yayıb.
Məlumata görə, hərbçi artıq bir həftədir ki, xidmət etdiyi Zaporojye cəbhəsində itkin düşüb.

Əslən Balakən rayonundan olan Emin Yüzbaşiyev Ukraynanın Krivoy-Roq şəhərində doğulub boya-başa çatıb. Hazırda onun axtarışı ilə bağlı Krivoy-Roq Azərbaycanlıları Konqresi dövlət qurumlarına ardıcıl müraciətlər edir.